Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başqasını xilas etmək istəyərkən boğulan şəxsin kimliyi bəlli oldu

Qızıl Qum çimərliyində boğulan şəxsin kimliyi bəlli olub.

Sözügedən gənc Tovuz rayon sakini 2000-ci il təvəllüdlü Fərman İsaqovdur.

O, Azərbaycan Texnologiya Universitetinin üçüncü kurs tələbəsi olub.

19:35

Qızıl Qum çimərliyində bir nəfər dənizdə boğulub.

Hadisə Qızıl Qum Sularda Xilasetmə Məntəqəsindən 700 metr kənarda qeyri-çimərlik ərazisində baş verib.

Ərazidə yerləşən obyektlərin birində ofisiant işləyən Tovuz sakini gənc oğlan dənizdə 5-6 nəfər boğulduğunu görüb və onları xilas etmək üçün dənizə daxil olub.

Xilasedicilər əraziyə gələn zaman həmin şəxslər xilas olunub, lakin gənc oğlan batıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidə axtarışlara cəlb olunub. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »