Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
72 yaşında həbsxanadan çıxan qatil yenidən adam öldürdü

ABŞ-da görünməmiş hadisə baş verib.

Publika.az xəbər verir ki, 1979-cu ildə həyat yoldaşını bıçaqlayaraq öldürən və 30 il müddətinə azadlıqdan məhrum edilən Albert Flick həyat hekayəti ilə ölkənin gündəmini zəbt edib.

Belə ki, cəzasını çəkərkən özünü normal aparan və 30 ilin 21 ilini həbsxanada keçirdikdən sonra 2000-ci ildə azadlığa çıxan Albert 7 il sonra yenidən sevgilisini qətlə yetirməyə çalışıb. 2007-ci ildə həbs edilən Flick 2010-cu ildə yenidən azadlığa çıxıb. Lakin bu dəfə də digər haqdına hücum edən qoca “cinayət törətmək üçün fiziki gücünün olmaması”nın əsasə gətirilməsi ilə 4 il müddətinə həbs edilib. Buna baxmayaraq Albertin 2018-ci ildə - 76 yaşında olarkən Mayn ştatının Lyuson şəhərində küçədə Kimberli Dobbi adlı qadını öldürdüyü üzə çıxıb. Belə ki, keçən ilin fevralında ahıl kişi küçədə yaşayan qadını 11 yaşlı ekiz övladlarının gözü qarşısında 11 bıçaq zərbəsi ilə qətlə yetirib. Bu cinayətin üzə çıxmasından sonra ABŞ ictimaiyyətində qatillərlə bağlı müzakirələr artıb.

Hazırda 77 yaşında olan Albert Flickin məhkəməsi davam edir və onu 25 il həbs cəzası gözləyir.

Paylaş »
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Dünyanın ən varlı insanları hansı bürcdəndir...
››› Dekabrın 9-na olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »