Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metroda insident: 2 lal-kardan cavab ala bilməyən sərnişin onları bıçaqladı

Rusiyanın Sankt-Peterburq şəhərində metronun “Puşkinskaya” stansiyasında insident baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qatarda iki ukraynalıya “düşürsünüz?” deyə müraciət edən dağıstanlı cavab almadığına görə onları bıçaqlayıb. Yaralıların müdafiəsinə 26 yaşlı yerli sakin qalxıb. O, onlara hücum edən şəxsin əlindən bıçağı alıb və onu vaqondan platformaya düşürüb.

Hər iki ukraynalının lal-kar olduğu məlum olub. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Dağıstan sakininə qarşı artıq cinayət işi açılıb. Onun daha əvvəl də məhkumluq həyatı yaşadığı üzə çıxıb.

Son xəbərlər
Bütün xəbərlər »