Cümə axşamı , 22 Avqust, 2019
Baş səhifə / Bizim seçim / Azərbaycanda dəhşətli qəza: Sürücü qolundan oldu

Azərbaycanda dəhşətli qəza: Sürücü qolundan oldu

979 Views

Xəstəxana

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, “VAZ 2106” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə zamanı “VAZ”ın sürücüsü Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri alıb. Həkimlər sürücünün qolunu amputasiya edib.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın səbəbləri dəqiqləşdirilir.