Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim “FaceApp”da özünü “qocaldanlara” səsləndi: “Depressiya yaradır”

Rusiyalı həkim Valeri Novoselov “FaceApp” proqramı vasitəsilə “özünü qocaldanları” tənqid edib.

Həkim deyib ki, bu, insanların psixoloji durumuna da mənfi təsir göstərir. Bizimyol.info xəbər verir ki, mütəxəssis sosial şəbəkə istifadəçilərini belə proqramlardan uzaq durmağa çağırıb: “Əlbəttə ki, bu proqram insanın həyat tərzini, genetikasını, vərdişlərini bilə bilməz. Halbuki, daim spirtli içki qəbul edən, siqaret çəkən adam yaşlandıqda sağlam həyat tərzi keçirmiş həmyaşıdı ilə eyni cür görünə bilməz. İnsanlar bunu nəzərə almalıdır. Amma gənclər özlərini belə proqramlar vasitəsilə “qocaldıb”, sonra da depressiyaya düşürlər”.

Novoselov hesab edir ki, proqramın göstərdiyi ilə insanın illər sonrakı real zahiri görünüşü uzağı 33 faiz uyğun ola bilər.

Son xəbərlər
Bütün xəbərlər »