Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putini söyən jurnalist efirə qayıdır

Gürgüstanda “Rustavi 2” telekanalının birbaşa efirdə Rusiya prezidenti Vladimir Putini söydüyünə iki aylıq efirdən kənarlaşdırılan Georgi Qabuniya cəza müddəti başa çatanda işinin başına qayıdacaq.

Bu barədə teleşirkətin yeni baş direktoru Paata Saliya məlumat verib.

Bizimyol.info xəbər verir ki, Saliya “Rustavi 2”nin yeni sahibi Kibar Xalvaşidən də danışıb. Deyib ki, telekanalın yeni sahibi redaksiya siyasətinə qoşulmayacaq.

“Teleşirkətin maliyyə durumu mən gözlədiyimdən də ağır oldu. Biz telekanalın yeni sahibi ilə şirkətdə kadr məsələlərinə nəzarət edəcək ictimai şuranın yaradılması təklifini müzakirə edəcəyik”, - Saliya belə deyib.

Bir neçə gün öncə xəbər yayılmışdı ki, Putini təhqir edən Qabuniyanın yerinə başqa jurnalist təyin edilib. Bundan sonra həmin jurnalistin yaşadığı evə təhqiredici lövhə vurulub. Qonşularının dediyinə görə, ona qarşı etiraz aksiyaları keçirildiyinə görə, jurnalist mühafizəçilərlə gəzir.

Qabuniyanın efirdən Putini söyməsi Rusiya ilə yanaşı, Gürcüstanın özündə də kəskin reaksiyaya səbəb olmuşdu. Buna baxmayaraq, “Rustavi 2” telekanalının rəhbərliyi onu işdən çıxarmaqdan imtina etdi, sadəcə, iki aylıq efirdən uzaqlaşdırdı.

Son xəbərlər
Bütün xəbərlər »