Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Fars körfəzində saxlanılan gəmi ilə bağlı açıqlama

İran hərbçilərinin Fars körfəzində tutduğu, Böyük Britaniyanın “Stena Impero” tankerində olan heyət gəmidən kənara buraxılmayacaq.

Onlar insidentlə nağlı araşdırmalar başa çatana qədər gəminin göyərtəsində qalacaqlar. Bu barədə “Fars News” İranın Liman İdarəsindəki məmura istinadən məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, saxlanılan tanker hazırda Bender-Abbas limanındadadır.

İran hökumətinin bildirdiyinə görə, ingilislərin olduğu tanker həmin vaxt yaxınlıqda olan balıqçı gəmisi ilə insidentə görə saxlanılıb. İddia edilir ki, həmin vaxt balıqçılar həyəcan siqnalı verib, amma ingilislər buna reaksiya verməyib. Bundan sonra da saxlanılıblar.

Amma əvvəl məlumat yayılmışdı ki, İran hərbçiləri gəmini eyni vaxtda bir neçə pozuntuya görə saxlayıblar. İddia edilirdi ki, gəmi transponderi (gəminin mövqeyi, sürəti və hərəkəti barədə məlumat toplayır və məlumat mübadiləsi edir) söndürülmüş vəziyyət, giriş yox, çıxış üçün nəzərdə tutulmuş zonada hərəkət edib, həmçinin xəbərdarlığa da məhəl qoymayıb.

İran Böyük Britaniyanın “Stena Impero” gəmisini iyulun 19-da Hörmüz boğazında axşam saatlarında saxlayıb. Gəminin göyərtəsində 23 nəfərin olduğu bildirilir.

Britaniyanın Xarici İşlər Nazirliyi isə İranın iki gəmini tutması barədə məlumat yayıb. Bildirilir ki, gəmilərdən biri Britaniya, digəri isə Liberiya bayrağı altında üzürmüş.

Rəsmi Tehran isə bəyan edib ki, ikinci gəmi xəbərdarlıq etmək məqsədilə saxlanılıb və az sonra yoluna davam edib.

Son xəbərlər
Bütün xəbərlər »