Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da "Boeing 737 Max" təyyarələrinin "qəbiristanlığı" tapılıb

Cənubi Kaliforniyada, Viktorville aeroportunda problemli "Boeing 737 Max" təyyarələrinin "qəbiristanlığı" aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri bildirib.

Aeroportun dayanacağında "Southwest Airline" aviaşirkətinin 35-dən çox laynerini yerləşdirilib. Təyyarələr bu modeldən olan hava gəmilərinin uçuşlarına qadağanın aradan qaldırılmasına qədər orada qalacaqlar.

"Boeing 737 МАХ"ın uçuşları iki avialaynerin qəzaya uğramasından sonra ABŞ-da və bir çox başqa ölkələrdə dayandırılıb. Martda "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsi qəzaya uğrayıb. Nəticədə 157 nəfər həlak olub. 2018-ci ilin noyabrında İndoneziyanın "Lion Air" şirkətinin də eyni təyyarəsi qəzaya uğrayıb.

Son xəbərlər
Bütün xəbərlər »