Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropadan festivala gələnlərin Atletlər kəndində görüşü

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək ölkələrin nümayəndələri Atletlər kəndində gəliblər. İştirakçı 48 ölkənin nümayəndə heyətləri bununla bağlı şənlik təşkil ediblər.

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Atletlər kəndində iştirakçı 48 ölkədən 3900 idmançı və texniki nümayəndə heyəti məskunlaşacaq. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar.

Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Bizmyol.info

Son xəbərlər
Bütün xəbərlər »