Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmisini gicgahından güllələyənin cəzası azaldılıb

Saatlıda əmisini qətlə yetirməkdə təqsirləndirilən Saleh Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Əkbərov 10 il müddətə azadlıqdan məhrum edilib.

Qərarla razılaşmayan təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 9 ilə endirilib.

Qeyd edək ki, hadisə ötən il Saatlıda baş verib. 1996-cı il təvəllüdlü S. Əkbərov münaqişə zəminində əmisi Oqtay Əkbərovu ov tüfəngi ilə güllələyib. Güllə O. Əkbərovun gicgahından tutub. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »