Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada 12 min nəfərin iştirakı ilə mitinq keçirilib

Moskva Şəhər Dumasına qarşıdan gələn seçkilərə etiraz olaraq Rusiya paytaxtının Akademik Saxarov prospektində mitinq keçirilib.

TASS-ın verdiyi məlumata görə, mitinqə 12 minə yaxın insan qatılıb. İctimai təhlükəsizliyin təmin olunması polis və Milli Qvardiya Qoşunlarına həvalə edilib.

Bundan öncə mitinq təşkilatçıları polisi iştirakçıların tədbirə qatılmasında maneə törətdiyində günahlandırıblar. Öz növbəsinə Rusiyanın Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib və bildirib ki, mitinq iştirakçıları sadəcə meydana daxil olmamışdan öncə yoxlanılıb. (apa)

Son xəbərlər
Bütün xəbərlər »