Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Britaniya gəmisi beynəlxalq qanunlara uyğun saxlanılıb"

Böyük Britaniya gəmisinin saxlanılması beynəlxalq qanunlara uyğun həyata keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində İran tərəfindən Britaniya gəmisinin saxlanılmasına münasibət bildirərkən deyib.

"Böyük Britaniyanın neft tankerinin saxlanılması beynəlxalq gəmiçilik qaydalarına tamamilə uyğundur. Cəbəllütariqdə Böyük Britaniyanın dəniz piratlığı etməsinin əksi olaraq biz Fars Körfəzində işimizi beynəlxalq qaydalara uyğun aparırıq. Böyük Britaniya ABŞ-ın iqtisadi terrorizmində şərik olmaqdan çəkinsin", - deyə Məhəmməd Cavad Zərif bildirib.

O həmçinin qeyd edib ki, Hörmüz boğazı və Fars Körfəzinin təhlükəsizliyini İran təmin edir.

Qeyd edək ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena Impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb. Britaniya gəmisi Hörmüz boğazında digər gəmilərin əks istiqamətində – çıxışdan girişə doğru hərəkət edib, gəminin coğrafi mövqeyini göstərən qurğu söndürüldüyü və İran tərəfinin xəbərdarlıqlarına əhəmiyyət vermədiyi üçün saxlanılıb.

Paylaş »
››› Türkiyədə dağıdıcı zəlzələ anının görüntüləri - Video
››› Paşinyan 7 rayonun Azərbaycana qaytarılması barədə sənəddən danışdı
››› Bakıda küçə itinin dişlədiyi şagird öldü
››› Deputatlığa namizəd olan YAP-çılar partiyadan xaric olundu - Açıqlama
››› Seçici görüşə gələn deputatı biabır etdi - Video

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »