Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çobanı döyərək ağır bədən xəsarətləri yetirən saxlanılıb

Ağstafada çoban ağır şəkildə döyülüb.

1984-cü il təvəllüdlü Dağ Kəsəmən kənd sakini bədənin müxtəlif xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına gətirilib.

Travmatalogiya şöbəsinə yerəşdirilən İsrafil Ocaqerdiyev baş nahiyyəsindən müxtəlif yaralar alıb.

İlkin məlumata görə 35 yaşlı şəxs çoban işlədiyi fermanın sahibi ilə aralarında mübahisə düşüb. Nəticədə sonuncu ağır xəsarətlər alıb.

Hazırda faktla bağlı Ağstafa rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə gətirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »