Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi sürücüsünə 16 bıçaq zərbəsi vuranlar saxlanılıb - Foto

Kürdəmir rayonu ərazisində taksi sürücüsünə qarşı törədilən quldurluq hadisəsinin üstü qısa zamanda açılıb və cinayəti tərədən şəxslərin saxlanılaraq istintaqa təqdim ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, hadisə zamanı Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslər canını qurtarmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.

Taksi sürücüsünə hücum edənlər

Hadisə barədə məlumat daxil olan kimi Kürdəmir Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə təqsirli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər hadisə günü əvvəlcədən qurduqları plana əsasən Bakı-Qazax avtomobil yoluna çıxıblar. Onların

məqsədi isə avtomobil saxlatdıraraq sərnişin kimi əyləşib yolda üzərilərində olan kəsici alətlərlə sürücüyə hücum edib pulunu əldə etmək olub. Hadisə zamanı dəstə üzvləri izi itirmək məqsədi ilə sürücüyə yaşadıqları rayonun ərazisində yox kənarda hücum edərək quldurluq cinayəti törədiblər.

Qeyd edək ki, saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər. Hadisə zamanı bıçaq xəsarəti alan Yaşar Səmədov üzləşdiyi cinayətin qısa zamanda açılmasını təmin etdiyi üçün polis əməkdaşlarına təşəkkürünü bildirib.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir. Polis əməkdaşları dəstə üzvlərinin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Kürdəmir RPŞ-yə müraciət edə bilərlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »