Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xidmətçi oğurladığı 8500 dollara çoxlu alt paltarları aldı

24 yaşlı qız oğurladığı pulla özünə çoxlu alt paltarı alıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə qocalar evində xidmətçi işləyən 24 yaşlı Harriet Rowe təqaüdçünün 7400 fund-sterlinqini (təxminən 8500 dollar) oğurlayıb.

Yenidən "Hull Crown Court"da hakim qarşısına çıxarılan Harriet Rowe pulu bikiniyə, alt paltarlarına, siqaretə və başqa xırda şeylərə xərclədiyini söyləyib.

Qəribəsi isə odur ki, qız siqaret çəkmədiyi və avtomobil sürmədiyi halda yüzlərlə siqaret və xeyli benzin alıb.

Hull Live yazır ki, pulları oğurlanan qadın hadisədən bir müddət sonra vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »