Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanlı oğlanların ukraynalı qızlara diqqət göstərməsi yaxşı haldır”

"Xarkov şəhərinin sakinləri üçün azərbaycanlıların, Azərbaycan dövlətinin xüsusi müsbət yeri var. Burada Azərbaycan həqiqətlərinin, mədəniyyətinin təbliği üçün istənilən mənada imkanlar var".

Bunu "Report"un Avropa bürosuna Ukraynanın Xarkov şəhərinin meri Gennadiy Kernes deyib.

O qeyd edib ki, Xarkovda yaşayan azərbaycanlı gənclər xeyli fəaldırlar: “Bunlar arasında, təbii ki, tələbələr üstünlük təşkil edir. Çox yaxşı haldır ki, azərbaycanlı oğlanlar Xarkovda ukraynalı qızlara xüsusi diqqət göstərirlər. Bu, iki xalq arasında uzun zamana əsaslanan mədəni əlaqələrin göstəricisidir. Biz buna xüsusi qayğı ilə yanaşmalıyıq”, - mer vurğulayıb.

G.Kernes onu da deyib ki, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişafında Xarkov şəhərinin xüsusi yeri var: "Bura mədəni əlaqələrdən tutmuş iqtisadi münasibətlərə qədər bütün kateqoriyalar daxildir. Bundan başqa, bizim şəhərdə azərbaycanlıların diaspor fəaliyyəti günü-gündən artır ki, bu da bu əlaqələrə xüsusi təkan verir. Biz iki ölkə arasında lobbiçilik və həyatın bütün sahələri üzrə fikir mübadiləsini daha da sürətləndirə bilərik. Yuxarıda sadaladığım bütün bunlar üçün əla zəmin yaradır”, - S.Kernes bildirib.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »