Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda toyda kütləvi zəhərlənmə

Şirvanda toyda kütləvi zəhərlənmə baş verib.

Oxu.Az xəbər verir ki, hadisə “Yeganə” şadlıq sarayında qeydə alınıb.

Belə ki, toy mərasimi davam edərkən yayılan pirotexniki tüstüdən iştirakçılar arasında kütləvi zəhərlənmə olub.

Tüstüdən zəhərlənənlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada verilən məlumata görə, ən az 16 nəfər zəhərlənmə şikayəti ilə daxil olub.

Bu, hələlik ilkin məlumat olduğundan araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »