Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin ayaqqabıları neçəyədir?

Rusiya prezidentinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdə diqqəti həm də onun idman ayaqqabıları çəkib. Bir çox nəşrlər ayaqqabının qiymətini müzakirəyə çıxarıb.

Bizimyol.info xəbər verir ki, ayaqqabının İtaliyanın “Liro Piana” brendindən olduğu üzə çıxıb. Mətbuat qiyməti də müəyyənləşdirib. Moskvada firmanın butiklərində bunu təxminən 1000 dollara (61500 rubl) tapmaq mümkündür.

Model xüsusi texnologiya ilə hazırlanıb. Su keçirmir, yağışa çox davamlıdır.

Putin görüş vaxtı cins, köynək və pencək geyinmişdi. Köynəyin mavi olması diqqət çəkir. Məşhur dizayner Valentin Yudaşkin Putinə tünd göy geyimlərin yaraşdığını düşünür. Çünki gözlərinin rənginə uyğundur.

Putin, adətən, idman ayaqqabısı məsələsində “New Balance” Amerika brendinə üstünlük verir.

Son xəbərlər
Bütün xəbərlər »