Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğan Putin vasitəsilə ABŞ-ı çətin vəziyyətdə qoydu"
Rəcəb Tayyib Ərdoğan Vladimir Putin

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alması, ABŞ-ın isə buna qarşılıq olaraq Türkiyəni F-35 proqramından çıxarması Ankara-Vaşinqton arasında gərginliyi xeyli artırıb.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "Finənşl Tayms" qəzetində məqalə dərc edilib.

Qəzet Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə münasibəti vasitəsilə Türkiyəni regional güc faktoruna çevirmək istədiyini bildirib. "Türkiyənin Rusiya mənimsəməsi ABŞ-ı çətin vəziyyətdə qoydu" başlığı altında yayımlanan məqalədə S-400 sistemlərinin geosiyasətdə tektonik dəyişikliyə səbəb olduğu vurğulanıb.

Bundan əlavə, Osmanlı dövlətinin Rusiya tərəfindən dəfələrlə məğlubiyyətə uğradıldığı, "Soyuq müharibə" dövründə də Türkiyənin NATO tərəfində Rusiyaya qarşı cəbhədə yer aldığı xatırladılıb.

Paylaş »
››› Belarusu bürüyən etirazlar Lukaşenkonu geriyə addım atmağa məcbur etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Belarus qızlar silahı yerə qoyan güc strukturu əməkdaşlarını qucaqlayır - Video
››› Azərbaycanda karantin rejimi növbəti dəfə yumşaldılıb
››› “Naxçıvanda koronavirus yoxdurmu” sualına rəsmi cavab
Son xəbərlər
Bütün xəbərlər »