Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş prokurorun keçmiş müavini həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Məmmədvəli Cəfərovu həbs ediblər. O, əvvəllər baş prokurorun birinici müavini işləyib.

Bizimyol.info xəbər verir ki, Məmmədvəli Cəfərov Qaradağ rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Rəhman Yusifovu həbsdən buraxdırmaq adıyla onun oğlu Rəşaddan 150 min manat alıb aldatmaqda günahlandırılır.

Son illər vəkil kimi fəaliyyət göstərən Məmmədvəli Cəfərov özünü təqsirli hesab etmir. İfadəsində Rəşad Yusifovun pulları qumarda uduzduğunu deyib. Onun fikrincə, Rəşad atasının yanında pis vəziyyətdə qaldığından, bu bəhanəni uydurur: “Mənimlə vəkil kimi müqavilə bağlayanda 500 manat vermişdi, amma atasına 2000 demişdi”.

Rəşad Yusifov məhkəmədə hüquq-mühafizə orqanlarına şikayətdən sonra Məmmədvəli Cəfərovdan pulun təxminən 64 min manatını ala bildiyini deyib.

Rəhman Yusifov 2008-ci ilə qədər Qaradağda icra başçısının müavini, sonra isə 2012-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri işləyib. Rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti versə də, məhkəmə hökmü qüvvədə saxlayıb. İş Ali Məhkəmədə olanda Rəşad Məmmədvəli Cəfərovla müqavilə bağlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »