Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə işləyənlərin yarısı 500 dollardan az maaş alır

Rusiya dövlət statistika xidməti olan “Rosstat” ölkədə aylıq məvacibin orta həddini müəyyənləşdirməyə çalışıb.

Məlum olub ki, burada ayda 34,3 min rubldan (təxminən 544 dollar) az qazananların sayı bundan çox məvacib alanlar qədərdir.

Bizimyol.info xəbər verir ki, əslində, Rusiyada orta aylıq məvacib bir az yüksəkdir. Qonşu ölkədə orta hesabla 47,6 min rubl (təxminən 755 dollar) maaş alırlar. Amma bu halda böyük əksəriyyətin aylıq qazancı 34 min rublu keçmir. Orta aylıq məvacibin göstəricisini isə böyük şəhərlərdə çox maaş alanlar yüksəldir.

Məsələn, yüksək maaş alanların orta aylıq qazancı 157,2 min rubla çatır. Amma ölkədə 12 min rublla dolanmaq məcburiyyətində qalanlar da az deyil.

Yuxarıda qeyd olunduğu kimi, orta göstəriciləri həm də böyük şəhərlərdəki yüksək məvacib artırır. Moskvada orta aylıq maaş 96 min rublu keçir. Sankt-Peterburqda bu göstərici 66,2 min rubldur.

Son xəbərlər
Bütün xəbərlər »