Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Başqa kişilərlə görüşürdü deyə, öldürdüm”
Bıçaqlama

Bakının Binəqədi rayonunda 49 yaşlı kişi həyat yoldaşını mətbəx bıçağı ilə 18 zərbə vurub, sonra onun boğazını kəsərək qətlə yetirib. Polisə təslim olan Tufan Qurbanov cinayəti namus üstündə törətdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, cinayət törətmiş şəxs məhkəmə qarşısına çıxarılıb. Tufan Qurbanov həyat yoldaşı Lalənin müxtəlif kişilərlə görüşdüyünü deyib: “Məhəllədə biabır olmuşdum”.

Mərhumun anası Səmimə İsmayılova kürəkəninin yalan danışdığını bildirib: “Qızım heç vaxt xəyanət eləməyib. Namusu, əziyyəti ilə uşaq böyüdüb. Bu adam isə heç yerdə işləməyib. Həmişə polislə problemi olub. İşlədiyi yerdən oğurluq edib”.

Səmimə İsmayılovanın dediyinə görə, ailənin beş il övladı olmayıb, sonradan üç uşaq dünyaya gəlib. Üçüncü uşaqdan sonra ailədə söz-söhbət yaranıb. Tufan uşağın ondan olmadığını iddia edib. Səmimə İsmayılova deyir ki, kürəkəni qızını tez-tez döyürmüş, bir dəfə hətta çənəsini sındırıb. Onu həmişə güdürmüş: “Qızımı şərləyirlər”.

Səmimə İsmayılovanın fikrincə, qızını boşanmaq istədiyinə görə öldürüblər.

Tufanın anası Xeyransə Qurbanova məhkəmədə gəlinin günahı olduğuna görə qətlə yetirildiyini bildirib: “Oğlum hadisədən sonra mənə dedi ki, namusumu yudum”.

Xeyransə Qurbanova altı ildir gəlini ilə danışmadığını, qadını anasının öyrətdiyini deyir. Onun fikrincə, Səmimə İsmayılova ailəyə rahatlıq vermirmiş. Adı çəkilən qadın dərhal etiraz edib. Tərəflər məhkəmə salonunda bir-birini ittiham etməyə başlayıb.

Məhkəmə prosesi davam edəcək.

Paylaş »
››› Ruslar Türkiyənin ən gözəl qadınlarını seçdi - Fotolar
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »