Bazar , 18 Avqust, 2019
Baş səhifə / Bizim seçim / İnqilab Keşikçilərinin İraqdakı hərbi bazasına hava zərbələri

İnqilab Keşikçilərinin İraqdakı hərbi bazasına hava zərbələri

1,925 Views

İraqın şərqindəki Səlahəddin bölgəsində iranyönümlü yaraqlıların bazasına bu gün iyulun 19-da hava zərbələri endirilib.

Virtualaz.org xəbər verir ki, bu haqda “Əl-Ərəbiyə” telekanalı bildirir. Qeyri-rəsmi məlumata görə hava zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun bir neçə döyüşçüsü və ən azı iki “Hizbullah” yaraqlısı həlak olub.

Telekanal bildirir ki, bazada İranda istehsal edilmiş ballistik raketlər olub. Həmin raketlər bir neçə gün əvvəl İrandan dondurulmuş ərzaq daşımaq üçün nəzərdə tutulan yük maşınlarında gətirilib.

bombardimanci teyyare air_strike_210514

Hərbi bazaya zərbələrin arxasında kimin dayandığı məlum deyil. Amma istisna deyil ki, hava zərbələrini İsrail aviasiyası endirib.

Ötən ilin iyun ayında Suriyanın şərqində, İraqla sərhəddə yerləşən şiə yaraqlılarının bazasına aviazərbə endirilmişdi. Həmin vaxt onlarla şiə yaraqlı və Suriya ordusunun hərbçiləri həlak olmuşdu. Vaşinqtondakı mənbələr hava zərbələrinin İsrail tərəfindən endirildiyini açıqlamışdı.