Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Metroda xəttə ehtiyat qatarlar buraxıla bilər
Yeni metro qatarları

İyulun 20-dən 28-dək Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə yarışların təşkilat komitəsi ilə müntəzəm əlaqəli fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-də bununla bağlı bütün müvafiq tədbirlər görülüb.

QSC-dən virtualaz.org-a verilən məlumata görə, "Bakı Metropoliteni"nin əməliyyat planı yarışların əhatə dairəsi, keçiriləcəyi məkanlar, həmçinin qonaqların hərəkət edəcəyi əsas istiqamətlər nəzərə alınmaqla tərtib olunaraq, qatarların hərəkətinin təşkili və sərnişin axınının tənzimlənməsinə cavabdeh olan bütün sahələrə müvafiq tapşırıqlar verilib.

Ümumən sərnişinlərin təhlükəsizliyi və rahatlığı məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək. Bu xüsusda əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub. Yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb. Yarışlar zamanı kütləviliyi ilə seçilən tədbirlər – açılış və bağlanış mərasimləri zamanı yerüstü ictimai sərnişindaşıma nəqliyyatı ilə sıx inteqrasiya olunmuş fəaliyyət planı da işlənilərək hazırlanıb.

Paylaş »
››› Milli Məclisin deputatı vəfat edib
››› “Ermənilər Bakıda” videosunu çəkənlərin kimliyi bilindi
››› Azərbaycanda kişilər ailə qurmağa tələsmirlər - 29 ilin rekord göstəricisi
››› Məktəbli qızların yubkasının uzunluğunu ölçən direktorun səs yazısı yayıldı - Video
››› Lotereyada qazandığı pulla aldığı ərazidən xəzinə çıxdı
Son xəbərlər
Bütün xəbərlər »