Cümə axşamı , 22 Avqust, 2019
Baş səhifə / Cəmiyyət / Kənd turizmini kəndlinin biznesinə çevirmək lazımdır – Foto

Kənd turizmini kəndlinin biznesinə çevirmək lazımdır – Foto

63 Views

İlin bütün fəsilləri gözəldir. Xüsusən yay gələndə insanların şəhərdən qaçaraq yaşıllıqlar qoynuna istirahətə can atmasın artıq ənənə şəklini alıb. Hər kəsə komfortlu otellərdə istirahət çox zaman hamı üçün əlçatan deyil. Əlçatan olsa belə bəzi insanlar alışılmış şablonlardan qaçaraq əldəyməmiş təbiətin qoynuna, kənd həyatına can atır. Bu məqamlarda kənd turizminin önəmini yada salır.

Kənd turizmi dedikdə kənd mühitində yataq yerləri ilə təmin etməyə istiqamətləndirilmiş kompleks turist xidmət fəaliyyəti nəzərdə tutulur. Dünya turizm sənayesində kənd turizmi mühüm yer tutur. Xüsusilə böyük meqapolislərin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit yaşıl guşədə istirahət etmək çox cəlbedicidir.Ümumdünya Turizm Təşkilatının (ÜTT) hesablamalarına görə, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollar olacaq və bu məbləğin 20 faizə qədəri kənd turizminin payına düşəcək.

Ölkəmizdə turizmin əksər növlərinin, o cümlədən kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Kənd turizmi həm də ictimai diplomatiya vasitəsidir.Əcnəbi turistlər yerli sakinlərlə münasibət qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar

Ölkəmizin iri sənaye mərkəzlərindən insanlarında da adi kənd evində yaşayıb istirahət etmək arzusu böyükdür. Belə turistlər kənd həyatını dadmaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər: «Bizim kənd evlərində isə əksər hallarda bu cür şərait olmur. Doğrudur, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və yemək təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstəmək üçün qısa müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər».
Türkiyədə kənd turizminin daxili Anadolu və Qara dəniz sahili bölgələrində həyata keçirilməsi həmin ərazilərin iqtisadi inkişafına, əhalinin məşğulluğuna, işsizlik probleminin aradan qaldırılmasına nail olmağa imkan verir. Türkiyədə kənd turizmi kənd yerlərində istehsalın, xüsusilə kəndlilərin gəlirlərinin artımına təkan verib və daxili turizm hərəkatında ildə 20 mln-a yaxın vətəndaş iştirak edir ki, bunun da yarıdan çoxu kənd yaşıl turizminin payına düşür.
Kənd yaşıl turizminin ölkəmizin şimal-qərb – Şamaxı, İsmayıllı, Şəki, Oğuz, eyni zamanda şimal-şərq – Quba, Qusar, Xaçmaz, Şabranda, o cümlədən cənub regionunda inkişafı üçün münbit şərait var.

Bu günlərdə Goranboyun Ağcakənd ərazisində səyahətdən gələn bir tanışım bu ərazidə turizmdən iqtisadi fayda götürməyin imkanları barədə danışdı. Yol kənarında özünə balaca bir masa açıb qutab bişirib satmaqla məşğul olaraq gündəlik 500-600 manatlıq alış verişi edildiyini qeyd edən şəxs mövsümü xarakterli olsa da bundan yaxşı gəlir əldə etdiyini bildirmişdi. Üstəlik rüqzaqlı turistlər dediyimiz , otellərdə qalmayıb hostellərə , kənd evlərinə üstünlük verən əcnəbi turistlər üçün gəzdikləri ərazilərin mətbəxindən dadmaq çox maraqlıdır.

Dağlıq və dağaətəyi rayonlara axın çoxdur, bəs Aran zonamızın insanları nə etməlidirlər? Yayın bu zonada çox isti keçməsini düşünsək kimlərinsə gəlmək istəməməsi təbiidir. Lakin bu yerlərdə elə bu güclü istilərdən də müxtəlif terapiyalar üçün istifadə etmək olar. Bu zonalarda qaynayan faydalı mineral bulaqlar var. Düzdür, Aranda dəniz, dağlar, meşələr yoxdur. Lakin infrastruktura bir qədər əl gzdirərək süni göllər, əyləncə mərkəzləri yaratmaqla bura da turist axınını cəlb etmək olar. Kənd turizmi üçün bu yerlərin elə havalartı kimi çox istiqanlı, mehriban insanları var.