Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
96 yaşlı kişi 5000 metr məsafəyə qaçışda dünya rekorduna imza atdı

96 yaşlı amerikalı Roy Enqlert 5000 metr məsafəyə qaçışda öz yaş qrupunda yeni dünya rekordu müəyyən edib.

Virtualaz.org “Runners World” nəşrinə istinadən xəbər verir ki, Ayova ştatında keçirilən yarışda o, 5 kilometr məsafəni 42 dəqiqə 30,23 saniyəyə qət edib.

Bildirildiyinə görə, 95-99 yaş arası qrupda 800, 1500 və 3000 metr məsafəyə qaçışda da dünya rekordu Enqlertə məxsusdur.

Son xəbərlər
Bütün xəbərlər »