Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskidən Rusiyaya təklif: "Rejissoru verin, jurnalisti alın"

"Ukrayna rusiyalı jurnalist Kirill Vışinskini, Krımda terror törətməkdə günahlandırılan ukraynalı rejissor Oleq Sentsovla dəyişməyə hazırdır".

Rusiya mətbuatı xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Əgər istəyirsinizsə, biz sizə Vışinskini verək, siz də bizə Sentsovu qaytarın. Biz doğurdan da belə bir anın tezliklə baş verməsini istəyirik", -deyə V.Zelenski vurğulayıb.

Zelenski bildirib ki, Vışınskinin dəyişdirilməsi bu yolda açar rolunu oynaya bilər.

O, həmçinin əlavə edib ki, Rusiyada həbs edilmiş bütün ukraynalıların geri alınacağına ümid edir: "Biz bütün məhbuslarımızın geri qaytarılmasını istəyirik. Dənizçilərimizin dəyişdirilməsindən isə söz gedə bilməz. Onlar bizə mütləq geri verilməlidirlər".

Son xəbərlər
Bütün xəbərlər »