Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qeydiyyata düşməyib cərimələnməkdən qorxanların nəzərinə - diqqətli olun!

İyun ayının 17-də Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyata düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytında yerləşdirilən məlumatda deyilir ki, olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməyən şəxslər cərimələnəcək. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu pozanlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə cəlb olunurlar.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaşlar həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Vətəndaş olduğu yer üzrə qeydiyyatdan keçmədikdə və yaxud qeydiyyata almaya və qeydiyyatdan çıxmaq qaydalarına əməl etmədiyi halda öncə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimələnir. Lakin DİN Baş Pasport, Qeydiyyat Miqrasiya İdarəsinin saytında yerləşdirilən linkə daxil olmaq hələki mümkün deyil.

Bizimyol. Infonun əməkdaşı qeydiyyatda olmayan insanların çoxluğunu və narahatlığını nəzərə alaraq suallarını Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlayıb. İdarədən sorğumuza cavab olaraq bildirdilər ki, hələ təkmilləşmə işləri aparılır. Əhalinin ərazi üzrə qeydiyyata alınması ilə bağlı işlər yaxın günlərdə başlayacaq. Linkdə yaranmış texniki problem nəzərə alınaraq həll ediləcək. ərazi üzrə hamı qeydiyyata alındıqdan sonra məsələnin həllinə başlanılacaq.Yəni indilik kimsənin kimsəni cərimələməsindən söhbət getmir.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşından xəbərdarlığın hansı formada edilməsi və prosesin nə zaman başladılacağına dair sualımıza aldığımız cavab isə heyrətediləcək dərəcədə qəribədir: Cərimələrin nə zaman başlanacağ barədə bir söz deyə bilmərəm. Bu əslində məxfi məlumatdır. Qəfil başlayacaqlar ki,elə tutulanı cərimələsinlər”.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »