Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Panorama Park” Yaşayış kompleksinidən şikayət var - Foto

Özləri öz evlərini işğal etmiş sakinlər şikayət edir: “Ölsək kim cavab verəcək?”

Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 29/30 ünvanında tikilmiş Panorama Park Yaşayış Kompleksindən Bizimyol.info saytına şikayət gəlib. Vətəndaşların adından müraciət edən Rasim İbrahimov bildirib ki, 2014-cü ildə kompleksdən mənzil alıb.

Ona və bütün qonşularına kompleksin 2017-ci ildə tam şəkildə tikilib istifadyə veriləcəyi deyilib. Lakin vaxt keçsə də, nə tikinti işləri tamamalanıb, nə də ev həsrəti çəkən insanlara ev verilib.Təxminən 1400 mənzillik kompleksdən ev almış və əlacsız qalmış 30-a qədər ailə tikinti işləri tam başa çatmamış binada məskunlaşmalı olub. Bina sakinlərinin dediyinə görə, kompleksin rəhbərliyii bura köçən zaman onların dilindən kağız alıb, belə ki, hər hansı bir problem baş verərsə məsuliyyət sakinlərin öz üzərinə düşür. Sakinlərin dediklərinə görə, kompleksin tikintisi ilə məşğul olan “Alians Development and Construction” şirkəti tikintinin vaxtında başa çatdırılmamasını iqtisadi böhranla əlaqələndirib.

Qeyd edək ki, kompleksdən mənzil alan sakinlərin bir qismi evin ödənişini tam ödəyib, bir qismi kredit şəklində ödəmələr həyata keçirir.Amma verdikləri pulun müqabilində qarşılaşdıqları mənzərə qorxuncdur.

Ən dəhşətli vəziyyət su ilə bağlıdır. Bu binada su kranlarından su əvəzinə paslı, çirkab maye axır. Ev sakinləri özləri suyu analizə veriblər, məlum olub ki, onlara verilən suyun tərkibində dəmirin miqdarı həddən artıqdır. Dəmir deyərkən yəni pasın. Binaya quraşdırılmış su xətlərindəki problemə görə, evlərə qara rəngli , bulanıq , çirkli su gəlir. “Bu sudan itifadə nəticəsində uşaqlarımızda qorxunc xəstəliklər yaransa və ya tikinti gedən bu məhəllədə kiminsə başına daş, sement düşüb xəsarət yetirsə, kim cavabdeh olacaq”,- deyə insanlar şikayət edirlər. Binaya qədər su təmiz və qüsursuz vəziyyətdə gəlir. Lakin tikinti zamanı su xətləri quraşdırılarkən su borularının keyfiyyətinə nəzarət edilməyib və ya hansısa səbəbdən mənzillərə çıxan suyun rəngi, dadı dəyişir.

Binada yaşayan insanlar uşaqları həyətə əsla buraxmırlar. Elə böyüklər özləri də mənzillərinə qorxa- qorxa girib –çıxırlar.

İndi bu binalarda lift yoxdur. İşıq sayğaclarını isə möhürsüz quraşdırıblar. Sakinlərə çek əllə yazılıb verilir. “Mən vergi ödəyicisiyəm. İstəyirəm sayğaclarımız rəsmi qeydiyyatdan keçsin, abonent kodumuz yoxdur. Ötən ay mənə 87 manat işıq pulu gəlib. Bəlkə yalandan yazıblar. Bəlkə kimsə mənim xəttimə qoşulub? Mən niyə əldə yazılmış çekə əsasən, kiminsə əlinə işıq pulu verməliyəm”,- deyə sakinlərdən biri şikayət edir.

Məsələylə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Nazirliyin adını bildirmək istəməyən əməkdaşının dediyinə görə, bu vəziyyətdə vətəndaşlar nazirliyə müraciət etməli, mövcud təhlükələr barədə xəbərdarlıq etməlidirlər.

“Alians” şirkəti isə binanı yarımçıq tikib, sakinlərin yaşamasına imkan versə də, dövlətə təhvil vermir. Məsələnin çox ciddi şəkildə nəzarətə götürülməsi lazımdır. Yoxsa bu təhlükəli şəraitdə yaşayan insanlardan birinin başına qəza gələndən sonra tədbir almaq gec olacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »