Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Maşın nömrəsinə 518 min funt sterlinq verib

Britaniyalı kolleksiyaçı ölkəsinin tarixində ən bahalı avtomobil nömrəsinin sahibi olub.

Virtualaz.org “The Sun” qəzetinə istinadən xəbər verir ki, retro-avtomobillərin dileri Con Kollinz “250” nömrəsinə 518 min funt sterlinq (bizim pulla 1.1 milyon manatdan yuxarı) ödəyib. O, həmin nömrəni “Ferrari 250GT SWB” avtomobilinə bərkidib. Həmin avtomobil əvvəllər rok-musiqiçi Erik Kleptona məxsus olub. Avtomobilin dəyəri isə 10 milyon funt sterlinq, yaxud 22 milyon AZN-ə yaxındır.

“250” nömrəsi 2014-cü ildə hərracda 400 min funt sterlinqə satılmışdı və hələ o zaman Böyük Britaniyada ən bahalı avtomobil nömrəsi olmuşdu.

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
››› "WhatsApp"da daha bir yeni funksiya
››› Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »