Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pizza gözləyirdilər, milyonçu oldular

ABŞ-ın Virciniya ştatında ər-arvad sifariş etdikləri pizzanı gözləyərkən aldıqları lotereya biletindən milyon dollar udub.

UPI xəbər verir ki, Meri Hit və Ceyms Brank pizzanın hazırlanması müddətini öyrəndikdən sonra “Blue Ridge Minute Mart” mağazasına gediblər.

Pizza

Cütlük bəxtlərini sınamaq qərarına gəlib və “Double Cash Doubler” lotereya biletini alıb. Sonradan onlar oyunun nəticələrini yoxlayıb və öyrəniblər ki, artıq milyonçudurlar.

Qaliblər pul mükafatını borclarını ödəməyə və ev almağa xərcləməyi planlaşdırırlar.

Son xəbərlər
Bütün xəbərlər »