Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert meyvə-tərəvəzin bahalaşmasını iqlim şəraiti ilə əlaqələndirir

2019-cu ilin təsərrüfat mövsümü qlobal iqlim dəyişiklikləri ilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə bağlarında ağacların mayalanmasına mənfi təsir göstərərək potensial məhsuldarlığı aşağı salmışdı, iyunun sonu iyulun əvvələrindən başlayaraq isə açıq sahə tərəvəzçiliyində istehsal tsiklinin ləngiməsinə yol açdı.

Bizimyol.info xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli səsləndirib.

“Adətən, iyunun sonu istixana təsərrüfatları istehsal dövrünü başa çatdırır, iyulun əvvələrindən əhali açıq sahədən gələn ucuz məhsullarla qış tədarükünə başlayırdılar. Lakin göründüyü kimi iyulun birinci yarısını başa vursaqda məhsulların yetişməsi üçün tələb olunan orta temperatur əmsalının formalaşmaması nəticəsində məhsullar sahədə yetişmir. Arxada qoyduğumuz son iki gündə - istirahət günlərində əsl payız havası yaşadıq, Abşeron yarımadasında havalar küləkli, sərin keçsədə, regionlarda güclü yağışlarla müşayət olundu.

Elə bu dəqiqələrdə əsas pomidor istehsalçısı olan Xaçmaza güclü yağış yağır. “Adətən, iyulda yayın cırhacırını yaşayırdıq, bu gün isə əynimizi qalın edib oturmuşuq, yağışın kəsməyini gözləyirik. Pomidorlar isə sahədə ağarıb qalıb. Havalar məhsulun yetişməsinə imkan vermir”.

Bir neçə dəqiqə əvvəl zəng vurduğum Tərəvəzçilik Elmi Tətqiqat İnstitunun Xaçmazda yerləşən bölgə təcrübə stansiyasının rəhbəri Aləmşah müəllim belə dedi”,- deyə o Nicat Nəsirli bildirib.

Nicat Nesirov - meyve

Yağışlar nəticəsində məhsulun xarici görünüşündə çatlar əmələ gəlir, dəymiş pomidor əmtəə görünüşünü itirir. Bu fəsildə nəmlik dərəcəsini artması göbələk xəstəliklərinin artmasına da səbəb olur.

Ekspertin fikrinə görə, havaların gah isinib, gah soyuması bitkilərlə yanaşı insanlar üzərində də stress amilini gücəndirir. Son günlər hamı bir - birindən havaların niyə soyumasını soruşur, həyat ritmi pozulub, insanlar adaptasiya oluna bilmirlər. Avropadakı bir sıra sosial-iqtisadi araşdırma mərkəzləri bu amili vurğulayaraq iqlim dəyişmələrinin təsərrüfat əhəmiyyətini mənfi qiymətləndirirlər. Avropa Myevə-Tərəvəz İstehsalçıları Assosasiyası olan “Ardo”nun məlumatına görə, artıq üç ildir ki, qitə qışda quraqlıq, yayda isə qeyri-sabit hava şəraitindən əziyyət çəkir.

Qitənin əsas tərəvəzçilik regionlarında atmosfer çöküntülərinin normadan aşağı düşməsi nəticəsində havada nəmlik defisiti yaranıb. Bunun əksinə, Avropanın bəzi hissələrində şiddətli yağışlar, dolu səbəbi ilə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi ziyan dəyib, iyul ayı isə quraqlıqla başlayıb. Təşkilat hesab edir ki, bu il qış fəsili təqvimə “tabe olmayıb”, xeyli uzun çəkib, yaz isə quraqlıqla başlayıb və bu bölgəələrdə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib. Bitkilərdə abiotik amillərin təsiri ilə qeyri-adaptasiya əlamətləri müşayət olunur. Kəskin istilər nəticəsində ildən-ilə havada buxarlanmanın səviyyəsi artır, yeraltı su resursları tükəndiyi üçün istehsalın təbii dövriliyində fasilələr yaranır. Hesablamalara görə, 2050-ci ilə qədər qlobal iqlim dəyişiklikləri ildə 2 dərəcə istilik temperaturunun yüksəlməsi, paralel olaraq yağıntıların artması ilə müşayət olunacaq. Günəşli günlərin sayı isə ( Azərbaycanda 325 gündür) il ərzində 65 faiz həddinə düşəcək.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »