Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı erməninin Tbilisiyə girişinə qadağa qoyuldu

Tbilisi Hava Limanında əslən erməni olan ABŞ vətəndaşı Eduard Enfiacyanın Gürcüstana girişinə qadağa qoyulub.

Məlumatı “Rusarminfo” saytı yayıb.

E.Enfiacyan məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinə müraciət edərək, Gürcüstanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bunun üçün problemi həll etmələrini istəyib.

Qeyd edək ki, Enfiacyan əslən Gürcüstandandır. Amerikada yaşayan Enfiacyan politoloq kimi də tanınır. O, həmçinin, Qarabağ savaşının iştirakçılarından biridir.

Son xəbərlər
Bütün xəbərlər »