Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arı müəllimi damdan yıxıb öldürdü
Tovuzda məktəb müəllimi bədbəxt hadisə nəticəsində ölüb.

Bizimyol.info xəbər verir ki, Tovuz rayonu Mahir Ələkbərov adına orta məktəbdə çalışan 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlu evinin damında iş görərkən onu dilindən arı sancıb. Özünü itirib hündürlükdən yıxılan müəllim ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib. Yay gələndə arı sancması nəticəsində ölüm faktları da qeydə alınır.

Mütəxəssislərin rəyinə görə, arı sancması nəticəsində ölümə arının neştərindəki zəhər səbəb olmur.

Arı insanı ağız, nahiyəsindən sancarsa təhlükə yarana bilər. Arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan boğularaq ölə biləri. Arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir. Bəzi insanlarda isə arı zəhrinə qarşı allergiya olur ki, bu da onu çox ağır vəziyyətə sala bilər.

Zəhərin kimyəvi tətkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər. Arı vurması hallarında xəstəyə ilk təcili yardım kimi prednezalon iynəsi vurulmalıdır ki, allergiya ölümlə nəticələnməsin.

Son xəbərlər
Bütün xəbərlər »