Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir əmri ilə 41 təcili yardım briqadası, 270 tibb işçisi ayrıldı

Səhiyyə naziri Oqtay Şirəliyev 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı əmr imzalayıb.

Bu barədə virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Əmrə əsasən, festivalın keçiriləcəyi dövrdə müəyyən olunmuş yerlərdə 41 təcili tibbi yardım briqadası növbə çəkəcək. Əlavə olaraq 270 tibb işçisi festival dövründə iştirakçı və qonaqlara tibbi xidmət göstərəcək. “Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər. Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər”,-P.Abubəkirov qeyd edib.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
Son xəbərlər
Bütün xəbərlər »