Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə əhalinin yarısı özünə ev ala bilmir

Son 10 ildə Rusiyada evlərin qiyməti düşüb, ipoteka krediti faizlərində azalma var. Buna baxmayaraq, rusların yarısı hələ də özünə ev almaq gücündə deyil.

Bizimyol.info xəbər verir ki, “Şəhər iqtisadiyyatı institutu” fondunun prezidenti Nadejda Kosareva və icraçı direktor Tatyana Polidinin “Vedomosti” qəzetində dərc olunan araşdırması belə deməyə əsas verir. Onların fikrincə, əhalinin gəlirlərinin azalması daşınmaz əmlakı da adamlar üçün əlçatmaz edir. Yaşayış yeri çatımlılığı əmsalı heç cür aşağı düşmür. Standart kimi 54 kvadratmetr yaşayış ərazisi göstərilir.

Fondun hesablamalarına görə, mənzil əldəetmə müddəti son 10 ildə 1,7 il düşüb və 3,3 ilə çatıb. Amma daha yaxşı göstəricilərin qeydə alınmasına gəlirlərin kəskin azalması mane olur.

Kosareva və Polidi qeyd edir ki, ailənin hər bir üzvü azı 30 min rubl (təxminən 500 dollar) qazandığı halda yaşayış yerinə iddia etmək olar. Amma bu halda da tələbat mallarının alınmasına yetərincə vəsait qalmır.

Rusiyanın paytaxtı Moskva mənzil qiymətlərinin yüksəkliyinə görə dünyada 7-ci yeri tutur. Bu şəhər yalnız Berlindən, Tokiodan, Londondan, Sinqapurdan, Nyu-Yorkdan və Mexikodan geri qalır.

Son xəbərlər
Bütün xəbərlər »