Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
71 il ər-arvad oldular, eyni gündə öldülər

ABŞ-ın Corciya ştatında yaşayan ər-arvad 71 il nikahda olub. Məsələnin maraqlı tərəfi onların eyni gündə vəfat etməsidir.

Bizimyol.info xəbər verir ki, Herbert və Merilin Frensis Deleyqllar 1948-ci ildən nikahda idi. Bundan bir il əvvəl Ueynsboroda bir kafedə tanış olurlar. Herbert özündə cəsarət tapır və Merilin Frensisi görüşə dəvət edir. Bir il keçəndən sonra onlar artıq ər-arvad idilər.

94 yaşlı Herbert iyulun 12-də gecə 02.20-də vəfat edib. Həyat yoldaşı isə ondan 12 saat sonra gözlərini əbədi yumub. Onların 6 övladı, 16 nəvəsi, 25 nəticəsi və 3 kötücəsi var idi.

Yanvarda Avstraliyada cütlük eyni gündə vəfat etmişdi. Onlar 70 il nikahda olmuşdular.

Son xəbərlər
Bütün xəbərlər »