Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ağac köçürülməsində inanılmaz məzənnə: Bir ağac - 2000-2500 manat

Dəfələrlə sosial şəbəkələrdə ağac kəsilməsinin necə etiraz doğurduğunu görmüşük.

“Azəryaşlandşaft” ASC-nin mütəxəssisi Elçin Musayev həbs olunanda həm də bu istiqamətdə bir çox qaranlıq məsələlərə aydınlıq gəldi.

Bizimyol.info xəbər verir ki, cinayət məsuliyyətinə cəlb olunan mütəxəssis ifadəsində Bakıda yaşıllıq olan ərazilərdən bir ağacın köçürülməsinin 2000-2500 manata başa gəldiyini deyib. Yəni sahibkarlar üçün rüşvətin konkret məzənnəsi müəyyənləşdirilib.

Elçin Musayev məhz bu işlə məşğul olub. Yasamal rayonunda Dövlət Sosial Müdafiə Fondunun yanında 9 ağacın köçürülməsi adı ilə Ramiz Cabbarlıdan 33 min manat alıb. Buna görə dələduzluqda, rüşvət verməyə təhrikdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il 6 ay azadlıqdan məhrum edilib.

Elçin Musatev son sözündə ağacların köçürülməsinin qanunsuz olduğunu bilmədiyini deyib. Aldığı pulun bir hissəsini indi, qalanını azadlığa çıxandan sonra ödəməyə hazır olduğunu söyləyib. Təki onu azadlıqdan uzun müddətə məhrum etməsinlər.

“Azəryaşlandşaft”ın mütəxəssisi pulların hamısının ona çatmadığını bildirir. Elçin Musayev deyib ki, əvvəlcə türk iş adamına bahalı hədiyyə alıblar. Sonra pulun bir hissəsini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşına veriblər.

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »