Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanışına 450 min manat ziyan vurdu

Tanışının bağını və evini ələ keçirmək istəyən şəxsi 8 il 6 ay azadlıqdan məhrum etmək istəyirlər.

Məhkəmədə dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevə dövlət ittihamçısı belə cəza təyin edilməsini məsləhət görüb.

Bizimyol.info xəbər verir ki, Mahir Niftəliyev tanışı Vidadi Sultanova qarşı dələduzluq edib. Beləcə, həmin adama 450 min manat zərər vurub. Düzdür, zərərin bir hissəsi ödənilib. Amma Niftəliyevi istənilən halda cəza gözləyir.

Mahir Niftəliyevdən hələ keçən il şikayət varmış. Amma təqsirləndirilən 2018-ci ilin noyabrındakı məhkəmə prosesinə gəlməyib. Niftəliyev haqqında həbs-qətimkan tədbiri seçilməməsindən istifadə edib. Bu ilin mayında axtarışa verilib, həbs olunub.

Prokurorun fikrincə, istintaq dövründə Mahir Niftəliyevin təqsiri sübuta yetirilib.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »