Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“BP-də işə düzəlmək üçün 7 min manat verdim”

Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyinin 74 saylı Mənzil-İstismar Sahəsinin mühəndisi Eldar Həsənov çox adamı aldadıb. Məhkəmə qarşısına çıxmaq məcburiyyətində qalıb.

Bizimyol.info xəbər verir ki, Eldar Həsənova müxtəlif işlər üçün pul verən adamların sayı çoxdur. Müxtəlif məbləğlər səslənir. Məsələn, Əli Abbasov deyir ki, BP-də işə düzəlmək üçün Eldar Həsənova 7 min manat verib. İngiliscə danışdığından, mühəndis onu xarici şirkətə düzəldə biləcəyini deyib. Əli Abbasov pulu verib xeyli gözləsə də, heç bir xəbər çıxmayıb. BP-nin ofisinin qarşısına gəlib. Bir az sonra Eldar da ora gələrək, içəri girib. Çıxanda deyib ki, işə düzəldəcək qohumu indi burada yoxdur. Həmin məqamda Əli aldadıldığını anlayıb. Pulunu tələb edib, yalnız 4 min manatı geri ala bilib. Eldar Həsənov məhkəmədə etiraf edib ki, yalan danışırmış, BP-də heç bir tanışı, qohumu işləmir.

Eldar Həsənov əsasən adamları onlara MİS-ın balansındakı boş mənzilləri düzəldə biləcəyini söz verərək aldadırmış. Bəzi insanlardan bu adla hətta 20 min manat alıb. Eldar iddia edir ki, belə bir səlahiyyəti var, amma ortaya heç bir hüquqi sənəd qoya bilmir.

Mühəndis Faiq və Ramilə Həsənovları mənzilə qeydiyyata sala biləcəyi ilə aldadıb. Əvvəlcə ər-arvada 8 min 300 manata ikiotaqlı ev söz verib. Polis idarəsinin qarşısında görüşüblər, 1000 manat alıb içəri girib ki, guya qeydiyyat məsələsini həll edir. Sonra ailənin daha 4700 manatını mənimsəyib. Amma Həsənovlar nə ev görüb, nə də qeydiyyat. Eldar ifadəsində danışılanları təsdiq edib.

Son xəbərlər
Bütün xəbərlər »