Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi”nin oyununu yayımlayacaq kanal dəyişdirildi

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Sperantsa” oyununun yayımında dəyişiklik edilib.

Bu barədə “Neftçi”nin “feysbuk” səhifəsi xəbər yayıb. Bildirilir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “CBC Sport” deyil, “CBC İnternational” kanalı vasitəsilə canlı yayımlanacaq.

Çünki “CBC Sport” kanalı “Universitatya Krayova” (Rumıniya) – “Səbail” matçını canlı yayımlayacaq. Qarşılaşma 20:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun “Səbail”in 2:3 hesablı məğlubiyyəti ilə bitib.

“Neftçi” – “Sperantsa” matçı saat 21:00-da start götürəcək. “Ağ-qaralar” ilk oyunda 3:0 hesablı qələbə qazanıblar. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »