Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavad Zərif: "İran öz torpaqlarını qoruyacaq"

“İran heç bir zaman müharibəni başayan tərəf olmayacaq, lakin öz torpaqlarını istənilən təcavüzkardan qoruyacaq".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Cavad Zərif belə bir sərt bəyanatı ABŞ-ın CNN kanalında səsləndirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası İranın mülki əhalisinə qarşı iqtisadi müharibə aparmaqdadır. “Belə müharibə isə heç bir tərəf üçün qürur mənbəyi sayıla bilməz. Çünki əsl savaşda mülki şəxslər təsadüfən ölürlər. İqtisadi müharibənin hədəfi isə birbaşa dinc insanlardır ”,-deyə o qeyd edib.

Jurnalist Fərid Zəkəriyyanın suallarına cavab verən Cavad Zərif ABŞ-la yaranacaq münaqişənin dərinləşməsi məsələsinə də toxunub.

“Siz fəlakətin varlığını nəzərə almaya bilməzsiniz. Lakin biz heç bir savaşı başlatmadıq və ilk atəş açan da olmayacağıq”,-deyə o bildirib.

İran diplomatiyasının rəhbəri bütün tərəflərin ssenarinin arzuedilməz istiqamətə yönəlməsinin qarşısını almaq üçün çalışması gərəkdiyini dilə gətirib.

Onun bildirdiyinə görə, İran öz ərazisini hər vəchlə müdafiə edəcək.

“Amerikan PUA-sı (pilotsuz aparat) dövlətin hava məkanını pozduğu üçün vurulub. O, hətta hava məkanına daxil olmadan yerə salınıb. Çünki təkcə hüdudlarımızı deyil, həm də milli təhlükəsizliyimizi təhdid edirdi. Milli suverenlik və sabitliyimizin xarici dövlətlər tərəfindən pozulmasına yol verməyəcəyik”,-deyə Məhəmməd Cavad Zərif rəsmi Vaşinqtona meydan oxuyub.

Son xəbərlər
Bütün xəbərlər »