Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kollegiyanın bu qərarı vəkillərin müstəqilliyi instutuna ziddir”

“Vəkillər Kollegiyasının dünən keçirilən iclasda mənim fərdi vəkil kimi fəaliyyətimə xitam verilmiş və məni iradəm, xahişim olmadan 20 saylı Vəkil Burosuna vəkil təyin edibər”.

Bizimyol.info xəbər verir ki, bu barədə vəkil Aqil Layıcın özü məlumat verib.

O deyib ki, fərdi vəkilliyin ləğv edilməsinin hüquqi əsası yoxdur: “Fərdi vəkilin digər buroya təhkim olunması ancaq onun vəsatəti əsasında ola bilərdi. Lakin mənim belə bir xahişim, vəsatətim olmamışdır. Nəticə olaraq mənim statusumun dəyişdirilməsi qanuna ziddir və hüquqi əsası yoxdur. Digər tərəfdən seçim imkanı verilmədən məni harasa təhkim etmək, vəkillərin müstəqilliyi instutuna ziddir”.

Vəkil deyib ki, indiyədək bir dəfə də olsun hər hansı bir vətəndaş, mənim fəaliyyətimlə bağlı Kollegiyaya şikayət etməyib: “Ona görə də vəkilliyin adını yüksək tutduğun qənaətindəyəm və mənə qarşı olan bu qərarı dəstəkləmirəm. Təsəvvür edin ki, fərdi vəkil institutu qanunda qalmasına baxmayaraq, bu hüquqdan məni məhrum edirlər”.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »