Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Ermənistana qaz verəndən sora "Metsamor"a tələbat azaldı"

Ermənistan yeni atom elektrik stansiyasının (AES) tikintisi üçün pul axtarışındadır. Belə ki, Ermənistanın "Jamanak" qəzeti yazır ki, Ermənistan yeni AES tikmək üçün 4-5 milyart dollar maliyyə vəsaiti üçün bir neçə dəfə Rusiyaya müraciət ediblər. Lakin Rusiya tərəfi bu müraciətlərə müsbət cavab verməyib.

Ermənistan yeni AES tikintisi üçün vəsait əldə edərsə, hansısa ölkə kredit verməyə razılaşarsa o zaman regionda nələr baş verə bilər, region üçün təhlükəlidirmi?

Bizimyol.info-ya danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, sözügedən stansiya əgər tikilərsə, orada aparılan ən yüksək səviyyətli təhlükəsizlik tədbirləri belə görülməsinə rəğmən region ölkələri üçün təhlükə mənbəyidir. Həmçinin ekspert əlavə edib ki, Ermənistanın seysmik məkanda yerləşməsi də təhlükənin dərəcəsini artırır:

İlham Şaban İlham Şaban

"Ermənistanda tikilən Metsamor Atom Elektrik Stansiyası köhnə nəsil stansiyadır. 1988-ci ildə baş verən zəlzələ zamanı həmin stansiyanın işi dayandı. Ermənistan müstəqillik əldə etdikdən sonra enerji böhranından çıxmaq üçün Metsamorun fəaliyyətini bərpa etdi. Vaxtilə Ermənistanın enerji hasilatının 40 faizini məhz Metsamor verirdi. Hazırda bu göstərici 33-35 faiz təşkil edir. Razdan İstilik Elektrik Stansiyasını fəaliyyətə başlayandan sonra və Ermənistan İrandan qaz alandan sonra Metsamora tələbat azaldı.

Bildiyimiz kimi atom energetikası çox bahalıdır. Bunun üçün milyardlarla vəsait lazımdır. Türkiyə ilə Rusiya arasında imzalanmış 10 milyard dollarlıq sazişə görə 1000 meqavatlıq atom elektrik stansiyası inşa ediləcək. Ermənistan üçün isə bu qədər böyük layihənin həyata keçirilməsi mümkün deyil. 4-5 milyardlıq bir stansiya olacaq, əgər olsa. Yeni stansiya tiklilsə bu o demək deyil ki eyni zamanda Metsamor da işini davam etdirəcək. Çünki Metsamor ömrünün sonunu yaşayır. Bundan dolayı Ermənistan seysmik zonada olduğuna görə dünya dövlətləri düşünmürəm ki, buna imkan versinlər. Çünki bu region ölkələri üçün çox təhlükəlidir, hətta ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülsə belə region üçün çox təhlükəlidir".

Son xəbərlər
Bütün xəbərlər »