Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərinin birinci arvadını öldürənin körpəsi türmədə dünyaya gəlib - Video

İctimai televiziya cəzaçəkmə müəssisələrində övlad böyüdən qadın məhkumlarla bağlı reportaj hazırlayıb.

Unikal.org xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Gülüş Fətəliyeva törətdiyi əməlindən peşmanlıq hissi yaşadığını bildirir. O, bildirir ki, həyat yoldaşının birinci arvadı övladını döydüyü üçün onu qətlə yetirib. Gülüş üçüncü övladını cəzaçəkmə müəssisəsində dünyaya gətirib.

9 il həbs cəzası alan qadın həm də digər iki övladından ayrı düşüb. Oğlu Yusifin 3 yaşı tamam olduqdan sonra anasından ayrılmağa məcbur qalacaq. Çünki qanunla körpənin anası ilə birgə yaşamasına yalnız 3 yaşına kimi icazə verilir.

Digər məhkum Zemfira Bağırzadə də G.Fətəliyeva ilə bənzər taleyi yaşayıb. O, bildirir ki, həbs olunarkən hamilə olub. Buna görə də o, övladını həbsxanada dünyaya gətirib. Hazırda 1 yaş yarımlıq olan övladı onunla yaşayır. Övladının evə getməyinə 7 ay qalıb.

Son xəbərlər
Bütün xəbərlər »