Cümə , 23 Avqust, 2019
Baş səhifə / Flaş / Paşinyan: “Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir”

Paşinyan: “Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir”

1,671 Views

Yerevanla Bakı arasında “qaynar xətt” işləyir, lakin bu, təəssüf ki, qurbanların olmayacağına zəmanət vermir.

Virtualaz.org xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz danışıqların konkret nəticələrə gətirməsi üzərində işləyirik. Nəyə görə danışıqların konkret nəticəsi yoxdur? Beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlərdə mən vəziyyəti təsvir edib, tərəqqinin olmamasını izah etmək istəyəndə deyirəm ki, bir səbəb var. Mən Ermənistanın baş naziri seçilərkən bildirdim ki, Qarabağ məsələsinin həlli üçün elə variant lazımdır ki, Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün qənaətbəxş olsun. Bu, müəyyən mənada misli görünməmiş bəyanatdır, belə ki, Ermənistanın heç bir rəhbəri deməmişdi ki, həll Azərbaycan xalqı üçün də qaneedici olmalıdır”, – Paşinyan bildirib və əminlik ifadə edib ki, bu, danışıqlarda tərəqqi üçün ciddi əsas yaradır.

Paşinyan əlavə edib ki, kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün yolverilməz olacağını düşünə bilər. “Kimsə belə düşünürsə, o, nə Qarabağ xalqını, nə Ermənistan xalqını, nə də ümumilikdə erməni xalqını tanımır”, – baş nazir qeyd edib.