Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski övladlarına onun vəzifəsi ilə öyünməyi qadağan edib

Ukrayna prezidenti Vladimir Zelenski oğluna onun vəzifəsi ilə öyünməyə icazə vermədiyini bildirib.

"Report" xarici mətbuata istinadən məlumatına görə, dövlət başçısının oğlu buna görə atasını "Harri Potter" haqqında kitabların qəhrəmanı Volan-de-Mortla müqayisə etdiyini bildirib.

"Oğlum çox şaddır, o, deyir ki prezidentin oğludur. Biz ona başa saldıq ki, belə danışmaq olmaz. Buna görə o deyir - mən bilirsiniz kimin oğluyam", - deyə prezident özünün "YouTube"dakı kanalında bildirib.

Prezidentin qızına gəlincə, Zelenskinin sözlərinə görə, digər övladı artıq onun vəzifəsinə tam alışıb. Hərçənd o, atasına görə "əvvəlcə çox həyəcanlanırdı".

Ukrayna prezidenti Vladimir Zelenskinin may ayındakı ilk maaşının məbləği 12.797 qrivna (Ukrayna pul vahidi), yəni 485 ABŞ dollarına yaxın olub.

Son xəbərlər
Bütün xəbərlər »