Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı

İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” oyunu başa çatıb.

“Dalğa Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub. Matçın 51-ci dəqiqəsində Filip Ozoviç, 93-cü dəqiqəsində isə meydana yeni daxil olan Dani Kintana fərqləniblər.

Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, “Qarabağ” komandası növbəti mərhələdə “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »