Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 30 yaşlı qadın intihar edib

Ağstafa rayonunda 30 yaşlı qadın intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Günay Budaqova yaşadığı evdə özünü asaraq canına qəsd edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İntiharın səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »