Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransız nazir bahalı yeməklərə görə istefa verdi

Fransanın ekologiya naziri Fransua de Rüji vəzifəsindən gedib. 45 yaşlı nazir bahalı yeməklərə görə istefa verib.

Bizimyol.info xəbər verir ki, Fransua de Rüji dəbdəbəli ziyafətlərə böyük məbləğlər xərcləyirmiş. Bu mərasimlərdə qonaqlara nadir dəniz məhsullarından yeməklər, bahalı şərablar təklif olunurmuş. Məsələn, şərablardan bəzisinin bir şüşəsinin qiyməti 500 avrodur.

Fransua de Rüji Fransua de Rüji

Ziyafətləri nazirin həyat yoldaşı Severin de Rüji təşkil edirmiş. Jurnalist qadın Parisdə baş tutan bu qonaqlıqları vətəndaş cəmiyyəti ilə görüş adlandırıb.

Bədxərc nazir təkcə xidməti mənzilinin təmirinə 63 min avro xərcləyib. Bundan başqa, Nant şəhərində bahalı mənzil kirayələyib.

Son xəbərlər
Bütün xəbərlər »